AZ

Toyuq şorbası – həm doyurucu, həm də faydalı seçim!

Toyuq

Çalışın, gün ərzində şorba içməyi vərdiş halına gətirəsinizTərkibi:- Toyuq filesi – 300 q - Su – 1,2 l - Toyuq yumurtası – 2 ədəd - Yerkökü – 100 q - Baş soğan – 50 q - Kərəviz sapı – 50 q - Cəfəri və ya şüyüd – 10 q - Duz – 3 q - Qara istiot – 1 q - Dəfnə yarpağı – 1 ədəd Hazırlanması:Toyuğu bişirmədən öncə düzlu suda saxlayın. Sonra təmiz yuyub bişirmək üçün ocağa qoyun. Qaynayanda üzərindəki köpüyü alın. Soğan, yerkökü, kərəviz və dəfnə yarpağını əlavə edib zəif odda 25 dəqiqə bişirin. Sonra toyuq və soğanı çıxarın. Yerkökü və kərəvizi doğrayıb yenidən bulyona əlavə edin. Toyuğu lif-lif ayırıb qazana əlavə edin. Yumurtaları çəngəllə çalın və qaynar şorbaya yavaş-yavaş qarışdıraraq əlavə edin – “yumurta toru” alınacaq. Son olaraq göyərti, duz və istiot əlavə edib 5 dəqiqə dəmləyin.100 qram üçün enerji dəyəri: Kalori: 95.9 Zülal: 8.2 q Yağ: 2.9 q Karbohidrat: 8.8 qReseptlərinizi [email protected] ünvanına göndərin – dadlı sirləriniz Ulusum.az saytında yayımlansın!

Diqqət Çəkənlər

Qazaxın cücəli yayma xəngəli – Çaylı kəndi - VİDEO

Giləmeyvəli qarğıdalı sıyığı

Hormonal pozğunluqlar niyə çəki atmağa mane olur?

Seçilən
93
ulusum.az

1Mənbələr