AZ

Əli Həsənovun Ramiz Mehdiyevlə bağlı dedikləri ŞOK ETDİ: “Gün ərzində bir neçə dəfə…”

“Mən Ramiz Mehdiyevlə 30 ildən artıqdır ki, tanışam. ilk tanışlığımız 1990-cı ildə baş verib. Özüdə qeyri-rəsmi vəziyyətdə tanış olmuşuq. Belə ki, 1990-cı ildə deputat seçkiləri zamanı tanışlığımız yaranıb. Ondan sonrakı dövrdə YAP-ın yaradılması prosesində dəfələrlə ünsiyyətdə olmuşuq. 1995-ci ildə mən PA-ya təyin olunandan sonra artıq birbaşa Ramiz Mehdiyevlə birlikdə işləmişik. Bu müddətdə də gün ərzində ən azı bir neçə dəfə ünsiyyətdə olmuşuq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “TV1″in efirində çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin Sabiq müdiri Əli Həsənov səsləndirib.

Əli Həsənov Ramiz Mehdiyevi dövlət və ictimai xadim kimi xarakterizə edib. Onun müsbət keyfiyyətlərindən danışıb. Mehdiyevdən dövlət idarəçiliyi və təfəkkürü ilə bağlı çox şey öyrəndiyini etiraf edib.

Daha ətraflı videoda:

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Seçilən
29
7
konkret.az

8Mənbələr