Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu ölkə hakimliyi ilə bağlı şok açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, o bildirib ki, peşəkar liqalarda fəaliyyət göstərən 571 aktiv hakimin 371-nin bukmeker kontorlarında hesabı var. Daha da diqqətçəkən məqam isə 152 hakimin hazırda aktiv şəkildə mərc oyunlarında iştirak etməsidir.
Bu açıqlama türk futbolunda hakimlik sisteminin etibarlılığına dair ciddi suallar yaradıb və ictimaiyyətdə böyük rezonans doğurub.