Litvanın baş naziri İnqa Ruqiniene Belarusla sərhədini qeyri-müəyyən müddətə bağlayacaq.
Busaat.az xəbər verir ki, bu barədə “LRT” agentliyi məlumat yayıb.
“Beləliklə, biz Belarusa siqnal göndəririk: burada heç bir hibrid hücuma yol verilməyəcək və biz onları dayandırmaq üçün ən sərt tədbirlər görəcəyik”, – deyə Ruqiniene bildirib.
Onun sözlərinə görə, sərhədlərin bağlanması ilə bağlı müəyyən istisnalar olacaq: diplomatlar və diplomatik poçtlar sərhədi keçə, Litva və Aİ ölkələrinin vətəndaşları isə Belarusdan qayıda biləcəklər.
Ruqinienė daha əvvəl bildirmişdi ki, meteoroloji balon insidentləri davam edərsə, Litva Belarusla sərhədi bağlayacaq. O, həmçinin bildirib ki, bu, Minskə açıq siqnaldır ki, Vilnüs bu cür hərəkətlərə təsdiq etməyəcək. Bundan başqa, o, bu məsələdə Belarusa heç bir güzəşt olmayacağını bildirib.
Yeganə