AZ

Niderlandda on minlərlə insan iqlim dəyişikliyi ilə bağlı aksiya keçirib

Haaqa, 27 oktyabr, AZƏRTAC

Niderlandın Haaqa şəhərində on minlərlə insan iqlim dəyişikliyinə qarşı mübarizəni yenidən gündəmə gətirmək məqsədilə küçələrə çıxıb. Aksiya paralament seçkilərindən 3 gün əvvəl keçirilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, təxminən 45 min insan “Planet sizin səsinizə layiqdir” və “Yaşıl səs verin” kimi şüarlar yazılmış plakatlarla şəhərin küçələrində yürüş ediblər. Onlar ölkədə iqlim siyasəti ilə bağlı ciddi narahatlıq olduğunu bildirərək, bu məsələnin siyasi debatlarda və seçki müzakirələrində əksini tapmadığını deyiblər. Qeyd edilib ki, sentyabr ayında “Eenvandaag” tərəfindən keçirilən sorğuya görə, iqlim məsələsi seçicilərin prioritetləri arasında 11-ci yeri tutub. 25 min seçicinin 19 faizi iqlimi 5 əsas problemindən 1-i kimi göstərib.

Aksiya iştirakçıları diqqətə çatdırıblar ki, bir çox partiyalar ətraf mühit məsələləri ilə maraqlanmır, bəziləri isə iqlim dəyişikliyini inkar edir.

 

Seçilən
45
4
azertag.az

5Mənbələr