AZ

"Broker Əbülfəz" indi də ət bazarına "əl qoyub" - Kəmaləddin Heydəovun adamı olduğu deyilir

"Broker Əbülfəz" indi də ət bazarına "əl qoyub" - Kəmaləddin Heydəovun adamı olduğu deyilir

Son günlər AQTA-nın ət satışı dükanlarında yoxlama aparması, ətin bahalaşması, ölkədə dabaq xəstəliyinin yayılması xəbərləri ətrafında qızğın müzakirələr gedir.

AFN.az xəbər verir ki, jurnalist Fikrət Fəraməzoğlu özünün sosial şəbəkə hesabında Azərbaycanın ət bazarında baş verənlərlə bağlı maraqlı məlumat paylaşıb: "Ölkəyə külli miqdarda buzlu ət gətirildiyi dəqiqdir. Bu, illərdir davam edən prosesdir. Əsasən Monqolustan və Ukraynadan gətirirlər. Son bir neçə ayda Qazaxıstan və Qırğızıstan da ət gətirilməsinə start verilib. Ölkədə dabaq xəstəliyinin yayılmasının əsas səbəbi Gürcüstandan gətirilən diri heyvanlardan bu xəstəliyin keçməsidir. AQTA məsələdən xəbərdardır. Amma dərinə gedə bilmir. Çünki həmin heyvanların sağlam olmasına dair icazəni verən qurumlardan biridir. Yəni, öz eyibinin üstünü açmaq istəmir".

Jurnalist qeyd edib ki, son bir ildə Qəbələ və Gəncəyə Rusiyadan 10 min baş ətlik iri buynuzlu mal gətirilib. Həmin heyvanlar hazırda Azərbaycan iqliminə uyğunlaşdırılır. Adaptasiya prosesindən sonra iri heyvandarlıq təsərrüfatının yaradılmasına start veriləcək. Hazırda Rusiyadan heyvan gətirilməsi prosesi davam edir: "Azərbaycana diri heyvanın gətirilməsi prosesinə 'Broker Əbülfəz' adılı Əbülfəz Məlikov nəzarət edib. FHN şefi Kəmaləddin Heydərovun ən yaxın adamlarından biri olan bu şəxs bir ara həbs olunmuşdu. Güman ki, yenə də həmin missiya ondadır".

F.Fəraməzoğlunun sözlərinə görə, AQTA-nın yoxlamaları təkcə buzlu ət məsələsi ilə bağlı deyil: "Həm də ölkəyə xaricdən gətirilən diri heyvan biznesində olanların 'əlini gücləndirmək'dir. Çox güman ki, bu, heyvandarlıq sahəsinin də monopoliyasını yaratmaq üçün atılan ilkin addımlardır. Bir müddətdən sonra kiçik fermerlər ya rəqabətə duruş gətirə bilməyəcəklər, ya da bir şəkildə 'oyundan' çıxarılacaqlar".

Seçilən
30
afn.az

1Mənbələr