525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Son vaxtlar mal-qara arasında yayılan dabaq xəstəliyi fermerlərə ciddi ziyan vurur. Eyni zamanda dondurulmuş ətə olan təlabatı artırır”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a deyib. O bildirib ki, yerli mal ətinin satışına məhdudiyyətin qoyulması əhalinin xaricdən idxal olunan dondurulmuş ət almasına səbəb olur. Bu da yerli fermerlərin müflis olması deməkdir:
“İribuynuzlu heyvanlar arasında bu cür xəstəliklərin yayılması həm sektorda sahibkarlara ciddi ziyan vurur, həm də qiymətləri artırır. Ümid edirəm ki, atılan müvafiq addımlar tez bir zamanda mal-qara arasında bu xəstəliyin yayılmasının qarşısını alacaq”.
Sevinc QARAYEVA
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.