AZ

Alman qəzeti Xameneinin müşavirinin qızının açıq gəlinlik paltarından yazdı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Almaniyanın "Frankfurter Allgemeine Zeitung" (F.A.Z.) qəzeti İranın ali liderinin müavini Əli Şamxaninin qızının toyu haqqında məqalə dərc edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Nəşr "Xameneinin müşavirinin qızının açıq gəlinlik paltarı və mollaların ikili standartları" başlıqlı məqalədə toy ilə bağlı ətraflı məlumatlar paylaşıb.

Məlumata görə, Şamxaninin qızının toy paltarı məşhur İspan şirkəti tərəfindən dizayn edilib, toy mərasimi isə eyni zamanda üç salonda baş tutub. Məclis Xameneinin müşavirinə təxminən 2 milyon avroya (4 milyon manata yaxın) başa gəlib. Təkcə gəlinlik paltarının qiyməti 35000-55000 avro (təxminən 70000 -109000 manat) arasında qiymətləndirilir.

Nəşr qeyd edir ki, diqqətçəkən və müasir geyim seçimi, eləcə də dini adın dəyişdirilməsi (Fatimə adının Setayeşə) İrandakı mövcud dini normalara uyğun deyil.

"Frankfurter Allgemeine Zeitung" vurğulayıb ki, Şamxaninin qızının toyu İranda mövcud olan dini və sosial ikili standartları üzə çıxarıb.

Xatırladaq ki, ötən həftənin sonunda İran ali rəhbərinin müşaviri Əli Şamxaninin qızının toyundan yayılan görüntülər mediada və sosial şəbəkələrdə əsl bomba effekti doğurub və tezliklə İranın hüdudlarını da aşaraq, beynəlxalq səviyyədə müzakirə olunmağa başlayıb.

Alman qəzeti Xameneinin müşavirinin qızının açıq gəlinlik paltarından yazdı

Alman qəzeti Xameneinin müşavirinin qızının açıq gəlinlik paltarından yazdı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
3
oxu.az

4Mənbələr