AZ

Qərb Çini qlobal polad bazarından çıxarmağa çalışır

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Çini qlobal polad bazarından çıxarmağa çalışır.

Oxu.Az "Politico" nəşrinə istinadən xəbər verir ki, Böyük Britaniya bu sahədə tarif siyasətini koordinasiya etmək üçün rəsmi Vaşinqton da daxil olmaqla Aİ ilə "Qərb polad alyansı" yaratmaq niyyətindədir.

Məlumata görə, tanınmış nəşrə müzakirələrlə tanış olan mənbələrdən məlumat daxil olub. Tərəflər qlobal polad bazarında Çinin dominantlığını məhdudlaşdırmağa çalışırlar.

Rəsmi London ümid edir ki, əlaqələndirilmiş yanaşma Böyük Britaniyaya Brüsselin Aİ istehsalçılarını qorumaq üçün tətbiq etməyi planlaşdırdığı yeni 50 faizlik tariflərdən yayınmağa kömək edəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
oxu.az

2Mənbələr