Ajans.az xəbər verir ki,bu barədə Moskva prokurorluğu Telegram kanalında məlumat verib. Moskva məhkəməsi prokurorluğun müğənni Monetoçka kimi tanınan Elizaveta Girdımovanın həbsi ilə bağlı vəsatəti ilə bağlı qərar verib. Məhkəmənin qərarı ilə Girdımova qiyabi həbs edilib. Rusiya yurisdiksiyasına qayıtdıqdan sonra istintaq təcridxanasına köçürüləcək. Rusiyalı qadın xarici agent vəzifələrindən yayınmaqda ittiham olunub. Məhkəmə onun sosial media platformasında materialların xarici agent kimi fəaliyyət göstərən şəxs tərəfindən yaradıldığını və/və ya yayıldığını göstərmədən yaydığına görə bir il ərzində iki dəfə inzibati məsuliyyətə cəlb olunduğunu müəyyən edib.