AZ

Mingəçevirdə bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI YENİLƏNİB

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Mingəçevirdə bıçaqlanan qadının vəziyyəti açıqlanıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hazırda pasiyentin müalicəsi davam etdirilir.

"Oktyabrın 7-si saat 09:10-da bir nəfər (qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Başda, üzdə və yuxarı ətraflarda çoxsaylı açıq yaralar diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə cavabda qeyd olunub.

***

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub.

Avtosfer.az xəbər verir ki, hadisə "Energetiklər" yaşayış massivində yerləşən binalardan birinin önündə qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Bəkirova Aytən Əziz qızı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

İlkin məlumata əsasən hadisə ailə münaqişəsi zəminində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən qadının əri olan Tural Bəkirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
avtosfer.az

1Mənbələr