AZ

Laçında növbəti əmək yarmarkası keçiriləcək

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəDövlət Məşğulluq Agentliyi tərəfindən Laçın şəhərində növbəti əməkyarmarkası keçiriləcək.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyindən məlumat verilib.

Tədbir 29 oktyabr, 2025-ci il tarixində, saat 11:00-da Laçınşəhərində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin"Laçın" İstirahət Kompleksində təşkil olunacaq.

İstirahət Kompleksinin dəstəyi ilə keçiriləcək yarmarkada 20işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz,qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürənxilasedici və s. iş yerləri üzrə 121 vakansiya təqdim ediləcək.

Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğunnamizədlərin qeydiyyatı aparılacaq. Həmçinin, işsiz və işaxtaranşəxslərə Agentliyin aktiv məşğulluq proqramları və bu proqramlaramüraciət qaydaları barədə də məlumat veriləcək.

Seçilən
36
15
az.trend.az

10Mənbələr