AZ

Uşaq yazıçısı kitabxanada şagirdlərlə görüşüb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Zəfər Günü ərəfəsində uşaq yazıçısı Çinarə Köçərli ilə görüş keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə paytaxtın 232 nömrəli məktəbin şagirdləri, müəllimlər və kitabxana əməkdaşları iştirak ediblər.

Tədbirdə Çinarə Köçərlinin üçcildlik “44 gün Qarabağda” kitabının 3-cü hissəsi “Böyük Qayıdış” kitabı haqqında ətraflı məlumat verilib, kitabla bağlı videoçarx nümayiş etdirilib.

Yazıçı oxuculara Vətən sevgisi, igidlik və azadlıq uğrunda mübarizə kimi dəyərləri aşılamağın vacibliyindən danışıb. Yazıçı kitablarından seçilmiş hekayə və şeirləri səsləndirib, əsərlərdə təsvir olunan tarixi məkan və abidələrin fotoları üzərində dayanaraq onların mənəvi dəyərindən söz açıb.

“Böyük Qayıdış” anlayışının məğzini daha dərindən anlamaq üçün yazıçı uşaqlarla interaktiv müzakirə aparıb, onların fikirlərini dinləyib. Şagirdlər Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirib, Qarabağ mövzusunda öz düşüncələrini bölüşüblər.

Sonda iştirakçılar Çinarə Köçərlinin yeni nəşr olunmuş “Oyun və mən” kitabı ilə də tanış olublar. Müəllif bildirib ki, bu kitab uşaqlara birgə oyunlar və komikslər vasitəsilə dostluq, əməkdaşlıq və sağlam ünsiyyət bacarıqlarını aşılamaq məqsədi daşıyır.

Yazıçı oxucularına öz kitablarını hədiyyə edib.

Görüş gənc nəsildə vətənpərvərlik ruhunun daha da güclənməsinə, müasir Azərbaycan ədəbiyyatına marağın artmasına və kitab oxuma vərdişlərinin təşviqinə mühüm töhfə verir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
azertag.az

1Mənbələr