AzVision.az Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinə istinadən xəbər verir ki, indi alınan avans ödənişini məhkəmə xərcləri ilə birlikdə Kiyevə qaytarmağa borcludur.
Hələ 2022-ci ildə bağlanmış müqaviləyə SSRİdövründən qalan böyük sursat, o cümlədən təxminən 10 milyon 23 mm-lik zenit mərmisi, on minlərlə “Qrad” raketi, minaatan və digər silahlar daxildir. Ukrayna şirkətə 17 milyon avro avans ödəyib.
“Sonradan aydınlaşıb ki, şirkətdə bu miqyaslı sursatlar üçün lazımi infrastruktur, ixrac təcrübəsi və ya saxlama anbarları yoxdur. Nəticə etibarı ilə bir dənə də silah Kiyevə çatdırılmayıb”, - qəzet vurğulayır.
ABŞ-nin Federal məhkəməsi “Firearms” şirkətinin Ukraynaya fazilər də daxil olmaqla bütün avans ödənişini və məhkəmə xərclərini ödəməsi barədə qərar çıxarıb. Beləliklə də, şirkətin Kiyevə ödənişinin ümumi məbləği 20 milyon avro təşkil edəcək.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta