AZ

Tramp Yaponiya imperatoru ilə görüşüb

Yaponiya ictimai televiziyasının məlumatına görə, bazar ertəsi Yaponiyaya rəsmi səfərə gələn ABŞ prezidenti Donald Tramp imperator Naruhito ilə görüşüb.

Busaat.az xəbər verir ki, görüş Tokionun mərkəzindəki İmperator Sarayında baş tutub.

Bu, Trampın Naruhito ilə ikinci dəfə görüşüdür – 2019-cu ildə Ağ Ev rəhbəri yeni taxta çıxan Yaponiya imperatoru ilə görüşən ilk xarici lider oldu.

Oktyabrın 28-də Trampın Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilə danışıqları planlaşdırılır. Bu, Trampın ikinci dövründə Yaponiyaya ilk səfəri, ümumilikdə isə dördüncü səfəridir.

Yeganə

Seçilən
78
busaat.az

1Mənbələr