Olaylar.az xəbər verir ki, bu, Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Livan Maxaşvilinin iştirakdan imtina səbəblərini izah etdiyi məktuba cavab olub.
Kşiştof Breyza öz cavabında bu qərarı təəccüblü saymayıb: "Gürcü Arzusunun" nümayəndə heyəti İrəvanda Euronest-ə gəlmədi. Təəccüblü deyil - 2024-cü il "seçkiləriniz" saxtalaşdırılanda və legitimliyiniz bütün Avropada şübhə altına alınanda, boş kreslolar daha asan yoldur."
Avropa Parlamentinin deputatı, həmçinin, Gürcüstan hökumətinin onları "düşmən" adlandırmasına toxunub: "Onlar bizi Gürcüstan xalqını dəstəklədiyimiz üçün "düşmən" adlandırırlar. Əslində, onları təcrid edən demokratiyaya və Avropaya qarşı öz düşmənçilikləridir. Mən Gürcüstan vətəndaşlarının hələ də inandıqları dəyərləri - azadlığı, həqiqəti və Avropa gələcəyini təmsil etmək üçün İrəvandayam," - deyə Breyza fikrini tamamlayıb.