AZ

Zelenski atəşkəs planının hazırlanacağını elan edib

Ukraynanın prezidenti Vladimir Zelenski bildirib ki, yaxın 7-10 gün ərzində Ukraynada atəşkəs planı hazırlanacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” nəşri məlumat yayıb.

“Bir neçə qısa bənd var. Məsələn, atəşkəs planı. Biz qərara aldıq ki, növbəti bir həftə və ya on gün ərzində bu üzərində işləyəcəyik”, – deyə Zelenski vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin bu planı qəbul edəcəyi inandırıcı görünmür.

Nuriyyə NATİQQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr