Türkiyədə hazırda aktiv fəaliyyət göstərən hakimlərdən bəzilərinin mərc saytlarında hesabı olduğu açıqlanıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu açıqlama verib.

O, bunları söyləyib:

"Hazırda oyun idarə edən 571 aktiv hakimdən 371-nin mərc hesabı var, onlardan 152-si aktiv mərc edir”.

Federasiya prezidenti bu hakimlərin cəzalanacaqlarını da bildirib:

"Mərclə məşğul olan hakimlər lazımi cəzanı alacaqlar. Təmiz türk futbolu üçün hakimlərdən başladıq. Özümüzü təmizləyirik. Möhtəşəm klublarımıza da səslənirəm. Direktorlar şuraları və oyunçular da daxil olmaqla, özünüzə nəzarət etmək sizin üçün faydalı olacaq. Bizi parlaq gələcək gözləyir. Mən buna inanıram".