AZ

İnklüziv təhsil çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil problemləri nələrdən ibarətdir?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Son vaxtlar məktəblərdə psixoloji problemləri olan uşaqların inklüziv təhsil çərçivəsində ümumi siniflərdə təhsil almaları artmaqdadır. Bu, bərabər təhsil hüququnun reallaşması baxımından vacib addımdır. Amma bəzən bu uşaqların davranış problemləri digər şagirdlərin təhlükəsizliyini və təhsil prosesini riskə ata bilər.Davranış pozuntusu olan, psixoloji nəzarəti zəif olan uşaqlar digər şagirdlər üçün təhlükə yaradarsa, həmin şagird sinif yoldaşlarını vurarsa, itələyərsə, dişləyərsə burda necə addım atılmalıdr? Qanun kimin tərəfində?Belə hallar təkrarlanarsa, məktəb və valideynlər hansı psixoloji addımları atmalıdır?Bu cür uşaqlarla bir sinifdə olmaq digər uşaqların psixoloji inkişafına necə təsir edə bilər?Belə uşaqların davranışı müvəqqətidirmi, yoxsa müalicə və xüsusi təlim tələb edir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova bildirib ki, hal-hazırda xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv təhsilə marağı olan məktəblərin sayı artır: “Hal-hazırda xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv təhsilə marağı olan məktəblərin sayı artır və xüsusi qayğıya ehtiyacı olan uşaqların digər uşaqlarla təhsil alması aktualdır. Əslində biz buna birmənalı şəkildə baxa bilmərik. Çünki nə qədər ki, sağlam uşaqlar - yəni tipik uşaqlar cəmiyyətdə təhsil alır, atipik - yəni sağlamlıq imkanları məhdud uşaqlar da təhsil almaq hüququna malikdirlər. Amma əsas məsələ burda onların təhsil alarkən hansı çətinliklə üzləşməsi məsələsidir”.

Vüsalə Əmiraslanova

Psixoloq qeyd edib ki, tamamilə sağlam uşaqlar da o uşaqlara baxıb bəzi davranışlarında müəyyən dəyişiklik edə bilərlər: “Bir psixoloq olaraq mən 16 ildir ki, bu sahədə çalışıram və reabilitasiya mərkəzinin rəhbəri kimi artıq neçə illərdir bunu təbliğ edirəm ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları məhdud uşaqlar əgər zamanında, vaxtında xüsusi təhsilə cəlb olunarsa və təlimlər görərsə, nitqləri açılarsa, aqressiyaları azalarsa, onların ümumi psixoloji, pedaqoji baxımsızlığı aradan qalxarsa, o uşaqlar məktəbdə digər uşaqlarla çox gözəl təhsil ala bilirlər. Bəzən aqressiv ola bilirlər, bəzən hərəkətlərində adekvat olmayan hərəkətlər ola bilir, bunu da inklüziv təhsildə dərs deyən müəllim artıq özü bilir və uşaqlara da öncədən izahını verir. Biz buna belə baxaq ki, o uşaqlar da sağlam uşaqlarla bərabər olaraq onlar kimi olmağa cəhd edirlər. Ola bilər ki, tamamilə sağlam uşaqlar da o uşaqlara baxıb müəyyən davranışlarında müəyyən dəyişiklik edə bilərlər. Buna görə xüsusi müəllimlər, xüsusi pedaqoqlar var, eyni zamanda bu siniflərlə xüsusi psixoloqlar məşğul olurlar. Onlara bunu hazırlayırlar. Hətta sağlam uşaqları da hazırlayırlar ki, belə uşaqların qayğısına qalsınlar, onların təhsilində yardım etsinlər, problemlərin həllində köməklik etsinlər. Düşünürəm ki, burda əsas valideynlər bir-birini anlamalıdır. Uşaqlarına bunu aşılamalıdırlar ki, "bu uşaqların da sənin kimi oxumağa haqqı var. Sənin kimi deyil, amma oxumaq haqqı var. Yardım edək ki, o da oxusun. O da sənin kimi təhsil alsın və irəli getsin". Əgər belə təbliğat aparılsa, əlbəttə ki, uşaqlar arasındakı bu problem həll olmuş olar.

Elə siniflər tanıyıram ki, o siniflərdə xüsusi uşaqların sayı çoxdur, amma sağlam uşaqlar onlara təhsil almalarında çox böyük yardımlar edirlər. Düşünürəm ki, bunu öncədən məktəb psixoloqları valideynlərə də izah etməlidir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri öncədən uşaqlarını təlimə yazdırmalıdırlar, təlimləri keçdikdən sonra hansı uşaq məktəbdə təhsil ala bilirsə, onu dərsə qoşmalıdırlar və xüsusi müəllimlərdən, inklüziv siniflərdə daim təlimlərə gedib bu uşaqlarla işləmə bacarığını öyrənməli və şagirdlər arasında da bunu yaymalıdırlar”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr