AZ

“Nazir”in 83 uşağı olacaq” dedi, gündəm oldu

ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

“Dünyanın ilk rəqəmsal naziri hamilədir”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu açıqlama ilə Albaniyanın Baş naziri Edi Rama çıxış edib.

“Mən ilk dəfə olaraq sizinlə bir xəbəri bölüşməliyəm: Diella hamilədir. O, 83 uşaq - parlamentimizin hər bir üzvü üçün bir uşaq gözləyir. Bu uşaqlar deputatlara köməkçi kimi xidmət edəcəklər: onlar analarının bütün biliklərinə - Avropa İttifaqı, Avropa qanunvericiliyi və digər hər şey haqqında məlumatlara sahib olacaqlar”, - o bildirib.

Baş nazirin bu açıqlaması geniş müzakirələrə səbəb olub. Ramanın bununla Nazirlər Kabinetinin bütün üzvləri üçün rəqəmsal avatarların yaradılmasına eyham vurduğu güman edilir.

Xatırladaq ki, Albaniya dünyada süni intellekti dövlət naziri vəzifəsinə təyin edən ilk ölkədir. Diella adlı nazir dövlət satınalmaları ilə məşğul olur, xüsusi bölmə isə nazirə dəstək göstərir və bütün hökumətdə süni intellekti tətbiq edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
2
qafqazinfo.az

3Mənbələr