AZ

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı 2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədini imzalayıb

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı arasında2026–2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədiimzalanıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) yaradılmasının80-cı ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan RespublikasıHökuməti və BMT arasında 2026-2030-cu illər üçün Dayanıqlı İnkişafüzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) imzalanıb. ÇərçivəSənədini iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-ninAzərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevaimzalayıblar.

Sənəd qarşıdakı beş il üçün Azərbaycan və BMT arasındatərəfdaşlığın strateji istiqamətlərini müəyyən edir, dayanıqlıinkişafın təşviqi və ölkəmizdə insanların rifahının artırılmasıistiqamətində birgə öhdəlikləri əks etdirir.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisiVladanka Andreyeva Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasındaAzərbaycan və BMT arasındakı möhkəm tərəfdaşlığın rolunuvurğulayıb. Qeyd edilib ki, Dayanıqlı İnkişaf üzrə ƏməkdaşlıqÇərçivəsinin imzalanması insanların və planetin dayanıqlı inkişafıüçün yeni və gələcəyə yönəlmiş əməkdaşlığın başlanğıcıdır.

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin çoxtərəflidiplomatiyanın əsas dayaqlarından biri kimi mühüm rolunu nəzərəçatdırıb. Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nailolunması, bu istiqamətdə qadınların və gənclərin hüquq vəimkanlarının artırılması, humanitar təşəbbüslər vəmədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi qeydedilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizlə BMT arasındauzunmüddətli və səmərəli əməkdaşlığı vurğulayıb. Tərəfdaşlığındavamlı inkişaf üçün yeni imkanlar və ölkəmizin iqtisadi inkişafmodelini təkmilləşdirmək üçün effektiv dəstək mexanizmləriyaratdığını bildirib. Birgə fəaliyyətin yeni mərhələsi olan ÇərçivəSənədinin əvvəlki əməkdaşlıq dövrlərində əldə edilmiş nailiyyətlərəəsaslandığı və Azərbaycanın uzunmüddətli sosial-iqtisadiprioritetləri, o cümlədən insan kapitalının inkişafı,innovasiyaların, ekosistemlərin, iqlimə davamlılığın, səmərəliyaşıl keçidin təşviqi, inklüziv artımın təmin edilməsiistiqamətində səyləri ilə uzlaşdığı bildirilib.

Tədbirdə dövlət qurumlarının rəhbərləri, diplomatik korpus vəbeynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.İştirakçılar BMT-nin 80 il ərzində həyata keçirdiyi qlobalfəaliyyəti və Azərbaycanın Təşkilatla əməkdaşlığı çərçivəsində 2030Gündəliyinə doğru irəliləyişi müzakirə ediblər.

Tədbirdə həmçinin BMT-nin sülhün, ləyaqətin və hamı üçünfiravanlığın təşviqinə həsr olunmuş 80 illik tarixini əks etdirən“Yaşayan miras” (“A Living Legacy”) adlı qısa film nümayişetdirilib.

Məqalədə:
Seçilən
22
17
az.trend.az

10Mənbələr