AZ

Avtovağzal sürücülərin çətinliyinə aydınlıq gətirdi

Sosial şəbəkələrdə sürücülərin avtomobilə texniki müayinə sənədi almaqda çətinlik çəkdiyi bildirilir. Onların sözlərinə görə, hər gün gecə saat 1-də Bakı Avtovağzalına getməli, adları oxunanda “mən buradayam” deməli və sənədi alanadan bu proses davam etməlidir. Əks halda adları siyahıdan çıxarılır və yenidən növbəyə yazılmağa məcbur qalırlar. Qeyd olunur ki, hər gecə orada 600-dən çox şəxs toplanır. Bəs bu proses niyə hələ də sistemli şəkildə onlayn formada həyata keçirilmir və bu qədər vaxt itkisinə səbəb olur?Xidmətin aparıldığı Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son həftə ərzində taksi minik avtomobilləri ilə sərnişin daşımalarının müvafiq icazələrinin alınması üçün müraciətlərin sayında kəskin artım müşahidə olunur: "Şəffaflıq və növbəlilik təmin edilməklə, müəyyən prosedur qaydalarına riayət olunmaqla bütün müraciətlərə baxılır. Gün ərzində mümkün qədər çox müraciətə baxılması təmin edilir. Növbənin yaranmasında əsas səbəblərdən biri narkoloji test müayinəsidir. Qeyd edək ki, tək Avtovağzal kompleksinin ərazisində yerləşən tibb müəsisələrində deyil, Bakı şəhərinin müvafiq tibb müəssisələrinin istənilən bölməsində narkoloji testlərdən keçmək və bu haqda arayışı əldə etmək mümkündür". Həmçinin əlavə edilib ki, icazələrin verilməsi elektron qaydada həyata keçirilir və icazalərin alınması üçün hər hansısa yerə fiziki gəlməyə ehtiyac yoxdur.Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
26
1
metbuat.az

2Mənbələr