2026-cı il üçün planlarımız və görəcəyimiz işlər təkcə Azərbaycanla münasibətlərin normallaşdırılması və ya sülh sazişinin institusionallaşdırılması ilə məhdudlaşmır, o daha genişdir.
Yenisabah.az armenian news-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Türk tərəfdaşlarımızla ən yüksək səviyyədə başlayan çox intensiv dialoqumuz var. Baş nazir Paşinyan və prezident Ərdoğan, daimi nümayəndələrimiz, xarici işlər nazirliklərinin komandaları və digər qurumlar müntəzəm təmasdadır. Mən buna çox müsbət baxıram və bu dialoqla bağlı nikbinliyi ifadə etməliyəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu sahədə çox nəzərə çarpan nəticələr, nailiyyətlər, razılaşmalar əldə edəcəyik", - deyə XİN rəhbəri qeyd edib. Marqarita pizza
Telegram kanalımız