AZ

“Yazıqsınız, kirayələrdə qalırsınız, öz dərdinizi çəkin” – Elman Nəsirov

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov qızı ilə bağlı açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə Baku TV-yə danışıb.

Deputat bildirib ki, mətbuat bütün baş verənləri əlində bayraq edib: pizza mizza

“Məişət zəmnində bu prosesin başlanılması üçün heç bir motiv və əsas yoxdur. Mətbuat və saytlar bu məsələni əllərində bayraq ediblər ki, deputatın qızı çöllərdə qalıb.

Onların elə ata-babadan 3-4 dənə evləri var. Bu sahədə heç bir problemləri yoxdur. Yeri gəlmişkən, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsində də, üçotaqlı və birotaqlı evlər var ki, o da onlarındır. Gələn il istifadəyə veriləcək. Eyni zamanda yoldaşının da evi var.

Yəni evlə bağlı onların heç bir problemləri yoxdur. Özlərini ürəyi yanırmış kimi göstərənlərə demək istəyirəm ki, siz özünüz yazıqsınız, kirayələrdə qalırsınız. Gedin, öz dərdinizi çəkin. Burada əsas mövqe Elman Nəsirovun işində hər hansı bir nöqtə tapmaqdan ibarətdir”.

Qeyd edək ki, Elman Nəsirovun qızı Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirmişdi.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
29
4
yenisabah.az

6Mənbələr