Bakı.Trend:
“Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2022-ci ildənetibarən həyata keçirilir. Cari tədris ili üzrə proqramçərçivəsində 93 tələbə qız təqaüd dəstəyi almaq imkanı əldəedib.
Trend xəbərverir ki, bu fikirləri Təhsil İnkişaf Fondunun İdarə Heyətisədrinin vəzifələrini müvəqqəti icra edən İlqar Bayramlıjurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, ümumilikdə, layihənin icrası dövründə 300-əyaxın tələbə bu proqramda iştirak edib:
“Təhsil İnkişaf Fondu olaraq biz tərəfdaş qurumlarla birgəfəaliyyətimizi davam etdirəcək, gənclərin elmi potensialınıninkişafına, tədqiqat imkanlarının genişlənməsinə töhfə verməkdəisrarlıyıq”.
İ.Bayramlı qeyd edib ki, digər gənc qızların təhsilinə dəstəklayihəsi çərçivəsində biz bir sıra əlavə təqaüd proqramlarını dahəyata keçirməkdəyik:
“Ümumilikdə bu tədqiqat proqramlarına 3 mindən çox müraciətdaxil olub və 400-dən artıq tələbə qız bu proqramlarda iştirakedib”.