Dünən baş tutan "El Klasiko"da Vinisius Juniorun əvəzləndiyi zaman yaşanan gərginliyin detalları bəlli olub. 

Offsideplus.az DAZN-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu 72-ci dəqiqədə meydanı tərk edərkən əsəbiləşərək məşqçiyə bu sözləri deyib:

“Mən, məşqçi? Hər şeydə günahkar mənəm? Həmişə mən? Mən komandadan gedirəm. Komandadan gedirəm!”

Baş məşqçi Xabi Alonso isə belə cavab verib: “Yaxşı, Vini, zibilə qalsın". 

Qeyd edək ki, "Real Madrid" "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.