"El Klassiko" "Real Madrid" klubunun 2:1 hesablı qələbəsi ilə başa çatdı.


Offsideplus.az xəbər verir ki, oyunun 72-ci dəqiqəsində baş məşqçi Xabi Alonso gözlənilmədən Vinisiusu oyundan çıxardı.

Buna qəzəblənən Vinisius ona sərt reaksiya göstərdi və texniki zonaya deyil, birbaşa paltardəyişmə otağına yollandı. 

Oyundan sonra baş məşqçi futbolçunun bu hərəkəti barədə: "Bu gün Vinisius çox əla oyun göstərdi və əsas olan da budur. Ondan sonrakı məsələləri öz aramızda danışarıq, o qədər də vacib deyil." - deyə açıqlama verdi.