“Asan oyun olmadı”.
Offsideplus.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının IX turunda “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “İstəyərdim ki, daha dinamik oyun getsin. “Şamaxı” yaxşı mübarizə apardı. Sadəcə belə oyunlarda bizə asan olmur. Oyun həddindən artıq çox dayanırdı. Bəlkə də bu cür dayanmalar kiməsə faydalı olar, ancaq istərdim ki, hakimlər belə məqamlara daha ciddi yanaşsınlar. Hər oyunçu yıxılanda bir neçə dəqiqə gedir. Görürdüm ki, Ayxan da əsəbiləşir. Belə olmaz. Məsələn, Rəvan olan oyunlar dinamik gedir. Başqa da bir neçə hakim adı çəkmək olar. Hər dəqiqə də həkim gəlməz ki. Ayxana uğurlar arzulayıram. Oyuna yaxşı hazırlaşmışdılar. Azarkeşlərə təşəkkür edirəm ki, sona kimi bizimlə oldular. Görünən odur ki, çempionat heç də asan keçmir”.
Qeyd edək ki, Azərsun Arena"da baş tutan qarşılaşma heç-heçə nəticələnib - 0:0.