“Son oyundakı nəticədən sonra toparlanmaq bizim üçün vacib idi”.
Offsideplus.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasında IX turunda “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: "Futbolçularıma təşəkkür edirəm. Oyunda yaxşı epizodlar oldu.
“Qarabağ”a da Çempionlar Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, inanılmazı bacaracaqlar. İlk xalımızı aldıq. “Qarabağ”a qarşı çəkinmədən mübarizə apardıq. Bizim üçün mühüm xaldır. “Qarabağ” çempionluğa oynayan komandadır. Rəqib ağır səfərdən gəlib. Ancaq onu da qeyd etmək istərdim ki, bu gün bizim müdafiəçilərimiz yaxşı oldu. Demək olar ki, rəqibə 100 faizlik epizod vermədik”.
Qeyd edək ki, matç qolsuz bərabərliklə yekunlaşıb.