AZ

Mirzoyan: İrəvan və Bakı arasında sülh tarixin dönüş nöqtəsidir

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması dönüş nöqtəsidir.

Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyan bildirib.

Nazir xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Ermənistanın baş naziri, Azərbaycan prezidenti və ABŞ prezidentinin iştirakı ilə bəyannamə imzalanıb və sülh sazişi paraflanıb: pizza mizza

"Əminliklə avqustun 8-də baş verənləri dönüş nöqtəsi adlandıra bilərəm, bundan əvvəl aparılan işləri və aparılan danışıqları azaltmadan. Bütün bunlar avqustun 8-nə gətirib çıxardı və həmin gün Vaşinqtonda baş verənlər dönüş nöqtəsi və gələcək işlər üçün təməl daşı oldu".

Mirzoyanın sözlərinə görə, sənəddə bir-birinin daxili işlərinə qarışmamaq, sərhədlərin toxunulmazlığı, regionda əməkdaşlıq prinsipləri də öz əksini tapıb:

"Bu mətnin dərcini həm də o mənada çox vacib hesab edirəm ki, saziş ətrafında gedən manipulyasiyalar hamımızın yadında qalacaq: Konstitusiyaya düzəlişlər, kütləvi deportasiyalar və s. Şükürlər olsun ki, sənəd açıqdır, ictimaidir və görürük ki, orada nəinki heç bir manipulyasiya yoxdur, hətta ən ucqar işarəsi belə yoxdur".


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr