AZ

Xərçəng yarada bilər: Bu məhsulların üstündə xəbərdarlıq yazılmalıdır

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Britaniyalı alimlər siqaret qutularında olduğu kimi, bekon və vetçina qablaşdırmalarında da bu məhsulun bağırsaq xərçəngi ilə əlaqəli ola biləcəyinə dair xəbərdarlıq yazılmasını tələb ediblər.

“Cebheinfo.az” bu barədə “The Guardian”-a istinadən xəbər verir.

Onlar deyirlər ki, istehlakçıların tərkibində nitritlər olan emal olunmuş ətlərlə əlaqəli risklər barədə məlumat almaq hüququ var. Bu qoruyucu maddələr qidalara çəhrayı rəng verir və bakteriyalardan qoruyur, lakin bədəndə kanserogen birləşmələr yarada bilər.

Xəbərdarlıq Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (IARC) emal olunmuş əti insanlar üçün kanserogen kimi rəsmi olaraq təsnif etməsindən on il sonraya təsadüf edib. Hesablamalara görə, o vaxtdan bəri Britaniya hökuməti əhali üçün riski azaltmaq üçün demək olar ki, heç bir iş görməyib.  Bu müddət ərzində ölkədə təxminən 54000 insanda bağırsaq xərçəngi inkişaf edib və Milli Səhiyyə Xidmətinə dəyən xərc 3 milyard funt - sterlinqi keçib.

Alimlər səhiyyə nazirinə məktub göndərərək istehsalçılardan qablaşdırmada bu cür məhsulların müntəzəm istehlakının xərçəng riskini artıra biləcəyini göstərmələrini tələb ediblər. Onlar, həmçinin qida sənayesində nitritlərin tədricən istifadəsindən imtinasını və geniş məlumatlandırma kampaniyalarının həyata keçirilməsini tələb edirlər. 

Qida Standartları Agentliyinin nümayəndələri isə bildiriblər ki, nitratlar və nitritlərlə xərçəng arasındakı əlaqə hələ qəti şəkildə sübut olunmayıb. Lakin müstəqil tədqiqatçılar vurğulayırlar ki, hətta siqaret qutularındakı xəbərdarlıqlar belə ictimai məlumatlılığı əhəmiyyətli dərəcədə artıra və təhlükəli məhsulların istehlakını azalda bilər.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr