BAKI, 27 oktyabr. TELEQRAF
2025-ci avqust iyununda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ikinci olub.
Teleqraf Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatına istinadən xəbər verir ki, bu ilin avqustunda Azərbaycandan Türkiyəyə 1 milyard 47,27 milyon kub metr təbii qaz ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təbii qaz ixracında 41,10% artım olub.
Türkiyənin təbii qaz idxalında birinci sırada yer alan Rusiyadan isə 1 milyard 835,24 milyon kub metr təbii qaz alınıb. Bu istiqamədə 19,30% azalma olub.
Qonşu ölkə İrandan 840,01 milyon kub metr təbii qaz idxal edib, 70,97% artım olub.
Yeri gəlmişkən, hesabat dövründə Türkiyə ABŞ-dən 99,69 milyon kub metr mayeləşdirilmiş təbii qaz (LNG) alıb.
Türkiyə hesabat dövründə Əlcəzairədən 298,73 milyon kub metr qaz alınıb. Müqayisələr göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Əlcəzairdən maye qaz idxalı 22,35% azalıb.
Beləliklə, Türkiyənin qaz idxalında Rusiya 45,64, Azərbaycan 26,04, İran 20,89 Əlcəzair isə 7,43 faiz paya sahib olub.
Qeyd edək ki, "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazı TANAP ilə Türkiyəyə, oradan isə Avropaya ötürülür.