Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, Qərbin monitorinq qrupları belə məlumat yayıblar. Bundan əvvəl “Voenny Osveditel” telegram-kanalı Rusiyanın “Aviakon Zitotrans” aviaşirkətinə məxsus “İl-76TD” təyyarəsinin naməlum yüklə Venesuelaya eniş etdiyini bildirib. Xatırladaq ki, son iki ayda ABŞ Venesuela yaxınlığında Karib dənizində hərbi oştirakını gücləndirir. Döyüş gəmiləri, döyüş təyyarələri, bombardmançı təyyarələr, kəşfiyyat təyyarələri, pilotsuz təyyarələr və dəniz piyadaları - bu böyüklükdə qüvvə onilliklər ərzində orada olmayıb. 
Rusiya təyyarəsi Venesuelaya naməlum yük gətirib
Oktyabr ayında Amerikanın “B-52” strateji bombardmançı təyyarələri Venesuela sahilləri yaxınlığında bomba hücumunu imitasiya ediblər. ABŞ prezidenti Donald Tramp, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Venesuelada əməliyyatlar keçməsinə icazə verib. Eyni zamanda, ABŞ Venesuelanın kiçik gəmilərinə narkotik daşıdığını iddia edərək onlara bir neçə zərbə endirib. Bu zərbələr nəticəsində təxminən 40 nəfər həlak olub. Vaşinqton öldürülənlərin adlarını açıqlamadan və narkotik alverində iştirakına dair sübut təqdim etmədən onları “narkoterrorçu” adlandırıb. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.