AZ

“Xəzər hövzəsi araşdırmaları” proqramı Türk Dövlətləri Təşkilatı üzv və müşahidəçi ölkələrin diplomatlarını bir araya gətirdi (FOTO)

Bakı. Trend:

ADA Universitetinin İxtisasartırma Proqramı tərəfindən hər ilənənəvi olaraq təşkil edilən “Xəzər hövzəsi araşdırmaları” proqramı18–26 oktyabr tarixlərində keçirilib.

Trend xəbər verir ki, artıqbu il ikinci dəfə baş tutan proqramda Azərbaycan, Türkiyə,Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan vəŞimali Kipr nümayəndələri iştirak ediblər.

Oktyabrın 20-də keçirilən açılış tədbirində ADA Universitetininakademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və onun müşaviri,İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxış ediblər.Onlar proqramın əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv vəmüşahidəçi olan ölkələrin diplomatlarını regional yeniliklərlətanış etmək, onların Xəzər regionu üzrə biliklərini dərinləşdirməkvə Azərbaycanın tarixi, siyasəti və inkişaf istiqamətləri haqqındadaha dolğun təsəvvür formalaşdırmaqdır.

Diplomatlar ADA Universitetinin Beynəlxalq və İctimai Əlaqələrfakültəsinin dekanı Dr. Azər Babayevla yanaşı digərprofessor-müəllim heyəti, habelə Beynəlxalq Münasibətlərin TəhliliMərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, XİN-in mətbuatxidmətinin rəhbəri Ayxan Hacızadə, XİN-in İqlim Diplomatiyasıİdarəsinin rəisi Elçin Allahverdiyev, Regional Təhlükəsizlikİdarəsinin rəisi Azər Musayev, SOCAR-ın İqtisadiyyat və EnerjiSektorunun Təhlili Departamentinin direktoru Əhməd Hümbətov vəhəmçinin digər dövlət qurumlarının nümayəndələri ilə interaktivmüzakirələr aparıblar.

Proqram çərçivəsində diplomatlar Milli Məclisə səfərləri zamanıdeputatlarla maraqlı fikir mübadiləsi aparıblar.

Proqramın son günü Xarici İşlər Nazirinin müavini Samir Şərifov,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsininsədr müavini Fuad Hüseynov ilə dəyirmi masa müzakirəsi iləyekunlaşıb.

Həmçinin qonaqlar Ədibin Evi, Heydər Əliyev Mərkəzi və XalçaMuzeyini və paytaxtın digər mədəni və tarixi məkanlarını ziyarətediblər.

Oktyabrın 24-də keçirilən “Məzun günü”ndə 8 ölkəni təmsil edən12 gənc və orta rütbəli diplomata sertifikatlar təqdim olunub.Sertifikatları ADA Universitetinin akademik işlər üzrə prorektoruElkin Nurməmmədov və İxtisasartırma Proqramının rəhbəri AygünHacıyeva təqdim ediblər.

İştirakçılar qeyd ediblər ki, proqram çərçivəsində keçirilənsessiyalar onlara Azərbaycanı daha yaxından tanımaq, regionungeosiyasi və iqtisadi reallıqları barədə biliklərini genişləndirməkimkanı yaradıb.

Qeyd edək ki, ildə bir neçə dəfə keçirilən “Xəzər hövzəsiaraşdırmaları” proqramında bu günə qədər 108 ölkədən 500-dən çoxdiplomat iştirak edib.

“Xəzər
“Xəzər
“Xəzər
“Xəzər
“Xəzər
“Xəzər
“Xəzər
“Xəzər
“Xəzər
“Xəzər
Məqalədə:
Seçilən
21
3
az.trend.az

4Mənbələr