AZ

Yağış yağacaq, çaylardan sel keçəcəkXƏBƏRDARLIQ

Oktyabrın 29-u axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Xezerxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Seçilən
0
32
xezerxeber.az

10Mənbələr