
Milli Məclisin deputatı Əminə Ağazadə 28 oktyabr 2025-ci il tarixində Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.Bu barədə ulusum.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. Bildirilib ki, iclasda “Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması”, “İnformasiya və kommunikasiya texnologiyaları vasitəsilə Asiyanın inteqrasiyası” və digər mövzuları əhatə edən qətnamə layihələri müzakirə olunacaq.Səfər 31 oktyabrda yekunlaşacaq.R.D
Diqqət Çəkənlər
Qazaxın cücəli yayma xəngəli – Çaylı kəndi - VİDEO
Giləmeyvəli qarğıdalı sıyığı
Hormonal pozğunluqlar niyə çəki atmağa mane olur?