Oxu.az saytına istinadən ain.az xəbər verir.
Almaniya kansleri Fridrix Merts 29 oktyabrda Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Mertsin 30 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.
Fridrix Mertsin Ankaraya səfəri zamanı Türkiyə-Avropa İttifaqı münasibətləri, miqrasiya idarəçiliyi və Yaxın Şərqdə humanitar böhran kimi mövzular gündəmdəki prioritet məsələlərdən olacaq.
Qeyd edək ki, həmçinin 27 oktyabrda Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Böyük Britaniyanın Baş naziri Kir Starmeri qəbul edəcək. Görüşdə strateji səviyyədə olan Türkiyə-Böyük Britaniya münasibətləri, eləcə də gündəmdəki qlobal və regional məsələlər hərtərəfli müzakirə olunacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.