“Dörd cəsəd tapılıb, xilasetmə əməliyyatı isə hələ də davam edir. Qayıqda daha çox insanın olub-olmadığı hələlik məlum deyil”, – deyə sahil mühafizəsinin nümayəndəsi bildirib.
Qeyd edək ki, bu, oktyabr ayı ərzində Lesbos yaxınlığında miqrantlarla bağlı baş verən ikinci ölümcül hadisədir. Yunanıstan və Türkiyə arasında yerləşən Egey dənizi bölgəsi, Avropaya keçməyə çalışan miqrantlar üçün ən riskli marşrutlardan biri hesab olunur.