Azərbaycan əsilli döyüşçü Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən "Grand Bellagio & GFC" beynəlxalq MMA turnirində mübarizə aparan A. Nəbiyev türkiyəli rəqibi Oğuzhan Atakı birinci raundda nakaut edib.

31 yaşlı döyüşçü MMA-də 2-ci qələbəsini qazanıb.

Onun hədəfi gələcəkdə UFC-də çıxış etməkdir.

Turnirdə digər azərbaycanlı döyüşçülər də çıxış ediblər. Ağır çəki dərəcəsində mübarizə aparan Tahir Abdullayev iranlı Siavaş Dadrası məğlub edib. Yüngül çəki kateqoriyasında isə Elvin Kamilli igürcü rəqibi Giorgi Kabulaşvilini birinci raundda vaxtından əvvəl nakautla üstələyib.