
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 68 527 nəfərə çatıb.Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən, yaralanan və dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları paylaşıb.Qeyd edilib ki, ölənlərin sayı son 48 saatda 8 nəfər artaraq 68 527 nəfər olub. Açıqlamaya görə, Qəzzada atəşkəsdən sonra 337 nəfər yaralanıb, dağıntılar altından isə 472 cəsəd çıxarılıb.İlahə Qənbərli
Missiya.Az