“Birləşmiş Ştatlar Rusiya ilə sülh sammiti ideyasından əl çəkməyib, amma əsas sual qalır: ona hazırlıq nə vaxt həqiqi sülh razılaşmasına imkan verəcək mərhələyə çatacaq?”.
Busaat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto Budapeştdə mətbuat konfransı zamanı bildirib.
“Keçən həftə ABŞ-la danışıqlarım zamanı mənə aydın oldu ki, amerikalılar sülh sammitinin keçirilməsi imkanından qətiyyən imtina etmirlər”, – macar diplomat bildirib.
Xarici işlər naziri amerikalı həmkarları ilə son danışıqlardan danışıb. O, bildirib ki, Amerika hələ də Rusiya ilə sammit təşkil etməkdə maraqlıdır, lakin bu cür danışıqların nəzərəçarpacaq nəticə verməsi üçün hazırlıqlar lazımi mərhələyə çatmalıdır.
O, həmçinin aydınlaşdırıb ki, hazırlıq işləri davam edir, lakin vaxt qeyri-müəyyən olaraq qalır.
Yeganə