AZ

Makronun həyat yoldaşının vergi hesabı hakerlər tərəfindən kişi adına dəyişdirilib

Ajans.az The Telegraph-a istinadən xəbər verir ki,bu hadisə uzun illərdir Brigitte Makronun cinsi kimliyi ilə bağlı yayılan əsassız iddiaların fonunda baş verib. İnternetdə yayılan yalan iddialarda 72 yaşlı Fransa birinci xanımının əslində “Jean-Michel Trogneux” adlı bir kişi olduğu irəli sürülür. Fransa parlament üzvü Bruno Bromet bildirib ki, Brigitte Makron adının qanunsuz şəkildə dəyişdirildiyini görəndə şoka düşüb.
“Bu, çox ciddi kibercinayətdir və açıq şəkildə onun şəxsi həyatına yönəlmiş hücumdur,” – deyə o qeyd edib. Xanım Makronun kişi kimi doğulduğu iddiaları ilə bağlı məhkəmə prosesi, Makron cütlüyünün ABŞ-da sağçı təsir gücünə malik aparıcı Candace Owensə qarşı böhtan iddiası qaldırmasından bir neçə ay sonra başlayıb. Makronlar 23 iyulda Delaver ştatında 218 səhifəlik iddia ərizəsi təqdim edərək, təyin olunmamış məbləğdə kompensasiya və cəza təzminatı tələb ediblər. Cütlük açıqlamasında bildirib: “Candace Owens vəkillərimizin təkrarlanan təkzib tələblərinə baxmayaraq bu yalanları yaymağa davam etdiyi üçün məsələni məhkəməyə çıxarmaq yeganə çıxış yolu oldu.” Hadisə Fransada ilk xanıma qarşı yönəlmiş dezinformasiya və şəxsi hücumların təhlükəli səviyyəyə çatdığını bir daha gündəmə gətirib.

 

Seçilən
29
Ajans.az

1Mənbələr