Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu da qələbə ilə başa vurub.

Offsideplus.az xəbər verir ki, yığma  Qazaxıstan milli komandası üzərində 1:0 hesablı qələbə qazanıb.

Oyundakı yeganə qolun müəllifi Nigar Mirzəliyeva olub. Futbolçumuz 82-ci dəqiqədə rəqib qapısını silkələyə bilib.

Qeyd edək ki, komandalar arasında oktyabrın 24-də baş tutan ilk qarşılaşma yığmamız 2:1 hesablı qələbə qazanıb.