Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (əvvəlki AMEA-nın Kibernetika İnstitutu) Elmi Şurasının iclasında qonaq qismində iştirak edib.
QHT.az xəbər verir ki, deputat iclasdan öncə görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, AMEA-nın müşaviri, akademik Telman Əliyevlə görüşərək onunla səmimi söhbət aparıb. İltizam Yusifov bildirib ki, bu il 90 illiyi qeyd olunan akademik Telman Əliyev Azərbaycan elminin korifeylərindəndir və kibernetika, informatika sahəsində bir sıra fundamental elmi nəticələrin, nəzəriyyələrin müəllifidir.
“Öz fikir və mülahizələrimi dəyərli alimlərimizlə bölüşdüm. İnstitutun baş direktoru, professor hörmətli Əli Abbasova və institut kollektivinə təşəkkürümü bildirir, elmi fəaliyyətlərində uğurlar arzulayıram,” – deyə deputat qeyd edib.