BAKI, 27 oktyabr. TELEQRAF
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı vəfat edib.
Teleqraf xəbər verir ki, komitənin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Sənədlərin qəbulu, qeydiyyatı və icraya nəzarət sektorunun müdiri Sevinc Salahova 44 yaşında dünyasını dəyişib.
2005-ci ildən “Qaçqınkom”da çalışan S.Salahovanın qısasürən ağır xəstəlikdən həyatını itirib.
S.Salahova 14 iyul 1981-ci ildə anadan olub, Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsini bitirib. Dövlət qulluğunun kiçik müşaviri rütbəsi alıb, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.