AZ

“Qəbələ” premyer-liqada 200-cü dəfə uduzdu

“Qəbələ” premyer-liqada 200-cü dəfə məğlub olub.

"Football-plus.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Misli premyer-liqasının 9-cu turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” premyer-liqadakı məğlubiyyət sayında ən çox uduzan altıncı komandadı. Yalnız “Kəpəz”, “Turan”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.

Qeyd edək ki, “Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib - 1:4.

Seçilən
15
21
football-plus.az

10Mənbələr