"Yuventus" baş məşqçi İqor Tüdor barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora" xorvatiyalı mütəxəssislə yolları ayıracaq. Klubun rəhbərliyi artıq yeni namizədlər üzərində düşünməyə başlayıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Turin təmsilçisi ardıcıl 8 matçdır qalib gələ bilmir. Onlar son dəfə sentyabrın 13-də "İnter"i məğlub edib.
Tüdor bu ilin martından "Yuventus"u çalışdırırdı. Onun dövründə İtaliya nəhəngi 24 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib, 6 dəfə isə məğlub olub.