AZ

Ermənistan və ABŞ Tramp Marşrutunun açılması üçün texniki detalları müzakirə edirlər

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan və ABŞ respublikanın Sünik bölgəsində Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək "Tramp Marşrutu"nun (TRIPP, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" layihəsi) açılması üçün texniki detalları intensiv şəkildə müzakirə edirlər.

Bizimyol.info xəbər verir ki, Xarici işlər naziri Ararat Mirzoyan bunu parlamentdə açıqlayıb.

"Ermənistan və ABŞ arasında "Tramp Marşrutu"nun həyata keçirilməsi və müxtəlif texniki məsələlərin yerində həlli üçün zəruri olan şirkətin yaradılması ilə bağlı danışıqlar başlayıb və aktiv mərhələdədir. Lakin bu qərarlar nə olursa olsun, hər şey Ermənistanın ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək", - deyə o qeyd edib.

8 avqustda ABŞ prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Paşinyan və Əliyev Bakı ilə Yerevan arasında sülh yolu ilə həll və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Trampın Beynəlxalq Sülh və Rifaha Doğru Yolu" adlandırılıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
icma.az

1Mənbələr