AZ

Məşhur İtaliya klubu baş məşqçisini qovdu

BAKI, 27 oktyabr. TELEQRAF

İtaliyanın “Yuventus” klubu uğursuz nəticələr səbəbindən baş məşqçi İqor Tudorun istefaya göndərib.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano “X” sosial şəbəkə hesabındaməlumat yayıb.

47 yaşlı mütəxəssis “Yuventus”a 2025-ci il martın 23-də baş məşqçi təyin olunmuşdu. İyun ayının 13-də Turin klubu xorvatiyalı mütəxəssislə müqaviləni 2027-ci ilin iyununa qədər uzatmış, əlavə bir mövsüm üçün uzadılma imkanı da nəzərdə tutulmuşdu.

Qeyd edək ki, cari mövsümdə A Seriyasının səkkiz turundan sonra “ağ-qara”lar 12 xal toplayaraq turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. İtaliya çempionatına hazırda “Napoli” (18 xal) başçılıq edir.

Seçilən
42
teleqraf.com

1Mənbələr