AZ

Gəncədə əməyin mühafizəsinə dair xüsusi təlimlər keçirilir

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən bədbəxt hadisələrin nisbətən çox baş verdiyi müəssisələrdə əməyin mühafizəsi üzrə maarifləndirmə tədbirlərinə start verilib.

Bu barədə AZƏRTAC-a DƏMX-dən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə ilk təlimlər Gəncə şəhərində təşkil olunub. 2 təlimdə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi və “Azəralüminium” MMC-dən 100-ə yaxın əməkdaş iştirak edib.

Təlimlərin əsas məqsədi işəgötürənlərə və işçilərə əməyin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, layiqli əməyin təmin edilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, eləcə də əməyin mühafizəsi üzrə qəbul olunmuş dövlət standartları və onların tətbiq sahələri barədə ətraflı məlumat verməkdir. Eyni zamanda, istehsalat qəzalarının qarşısının alınması, profilaktik tədbirlərin gücləndirilməsi və bu sahədə işçilərin bilik və bacarıqlarının artırılması da təlimlərin əsas istiqamətlərindəndir.

Qeyd edək ki, maarifləndirmə tədbirlərinin digər regionlarda da davam etdirilməsi planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
azertag.az

1Mənbələr